Bağdadda biri-biri il əlaqəli dalğavarı partlayışlar nəticəsində həlak olanların sayı artıq 65 nəfərə çatıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polis bildirib ki, əsas partlayış paytaxtda pik saatinda baş verib.
Dağıdıcı partlayışların biri Bağdadın cənub-şərqində Cisr Diyal rayonunda olub.
Bundan başqa iki bomba ölkənin şimal bölgəsində, Kazimiyədə partladılıb.
Müşahidəçilərin sözlərinə görə, son 5 ildə ölkədə icmalararası gərginlik daha da artıb.