Bağdadda insanlar girov götürüldü, ölənlər var
11 yanvar 2016 20:18 (UTC +04:00)

Bağdadda insanlar girov götürüldü, ölənlər var

İraqın paytaxtı Bağdadda naməlum silahlılar çox sayda insanı girov götürüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 7 nəfər ölüb.

 

İlkin məlumata əsasən, əvvəl ticarət mərkəzinin qarşısında minalanmış avtomobil partladılıb. Sonra isə silahlılar içəri daxil olaraq ticarət mərkəzində olan insanları girov götürüblər. Polis silahlıların üzərilərində “şəhid kəmər”lərinin olmasını güman edir. Reuters agentliyinin xəbərinə görə, hadisə nəticəsində 27 nəfər yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar