Paytaxtda yaşayış binasında yanğın olub
20 iyul 2019 15:53 (UTC +04:00)

Paytaxtda yaşayış binasında yanğın olub

0
Bakının Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın olub.
 
Lent.az-ın FHN-ə istinadən verdiyi məlumatına görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar