Bacısını boğaraq öldürən gəncin məhkəməsi başladı
17 iyun 2015 13:00 (UTC +04:00)

Bacısını boğaraq öldürən gəncin məhkəməsi başladı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qıtlə yetirməkdə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov bacısı 1989-cü il təvəllüdlü Ramiləni aralarında baş vermiş mübahisə zəminində dəsmalla boğaraq qətlə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 211

Oxşar yazılar