Babək prospektindəki yanğın söndürülüb - <span style="color:red;">YENİLƏNİB
13 may 2014 10:25 (UTC +04:00)

Babək prospektindəki yanğın söndürülüb - YENİLƏNİB

0
Xətai rayonu, Babək prospektindəki zibilxanada baş verən yanğının qarşısını alınıb.

 

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil təmiri sexlərinin yerləşdiyi ərazidə yerləşən zibilxanaya tez alışan maddələr atıldığından yanğının əhatə dairəsi daha da genişlənib.

 

Ərazidə yaşayanlar tez "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Baş verən yanğın tez bir zamanda söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

***

20.43

Bakının Babək prospektində, “Ulduz” avtoservisi ilə üzbəüz güclü yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın neft və qaz kəmərlərinin yaxın ərazidə baş verib.

 

Yaxında yaşayış evlərinin olması təhlükəni daha da də artırır.

 

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar.

 

Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1796

Oxşar yazılar