AzTV "İlin ən yaxşı televiziyası” seçildi
Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Sorğu Mərkəzi oxucular arasında növbəti ənənəvi sorğusunu reallaşdırıb.
ASGA-dan Lent.az-a verilən məlumata görə, 1000-ə yaxın insan arasında müxtəlif nominasiyalar üzrə keçirilən sorğuda "İlin ən yaxşı televiziyası” da müəyyən edilib.
22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda iştirakçılar "İlin ən yaxşı televiziyası” kimi «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətini göstəriblər.
Qeyd edilib ki, son bir neçə ayda AzTV-nin fəaliyyətində ciddi dəyişikliklər, islahatlar hiss olunur. Xüsusilə yeni studiyaların təqdimatı, mövzuların əhatəliliyinin daha da genişləndirilməsi, verilişlərin rəngarəngliyi, formaca müasir, məzmunca milliliyi və eyni zamanda ciddi kadr islahatları ilk diqqətə çarpan məqamlardır. Ümumilikdə islahatlar tək kadrlar üzrə yox, yaradıcılıq və texniki qaydalar üzrə də davam etdirilir.
Beləliklə sorğunun nəticələri üzrə sıralama aşağıdakı kimi olub:
1-ci yer – AzTV;
2-ci yer - İctimai TV;
3-cü yer – ARB TV
317