Azərbaycanlının əl və ayaqlarını kəsib çamadana qoydular
04 mart 2015 16:03 (UTC +04:00)

Azərbaycanlının əl və ayaqlarını kəsib çamadana qoydular

0

Rusiyanın Rostov vilayətində 46 yaşlı azərbaycanlı vəhşicəsinə öldürülüb.

 

APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, Rostov vilayətinin QRES qəsəbəsində çamadanın içində kəsilmişinsan əlləri və ayaqları tapılıb.


Rusiya hüquq-mühafizə orqanları çamadanın içində olan kişi cəsədinin qalıqlarının 46 yaşlı azərbaycanlıya məxsus olduğunu açıqlayıblar. Həmin azərbaycanlının həbsxanadan yenicə çıxdığı bildirilib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar