Azərbaycanlılar Rusiyada qız üstündə dava saldılar
Krasnodar diyarının Vodniki qəsəbəsində Azərbaycan vətəndaşları yanlışlıq səbəbindən çeçenlərlə kütləvi dava ediblər.
Lent.az Rusiya mətbuatına istinadla bildirir ki, azərbaycanlıların 30-40 nəfərdən ibarət olan qrupu sayca az olan Çeçenistan vətəndaşlarına hücum edib. Nəticədə 4 nəfər güclü döyülüb. Qalanlar sosial şəbəkə vasitəsilə “qardaşlarını” köməyə çağırıblar. Nəticədə hücuma məruz qalanları dəstəkləmək üçün hətta Qroznıdan da gələnlər olub.
Növbəti görüş zamanı aydınlaşıb ki, hücum səhv olub: azərbaycanlılar öz qızlarının şərəfini qoruyublar, ancaq onlara sataşanları səhv salıblar. Məlum olu ki, qızlara qarşı xoşagəlməz davranışları edənlər içkili dağıstanlılardır.
“Qardaşlarını” sakitləşdirən Hacımuradov deyib ki, problem dinc yolla həll olunub. Yerli polisdən dava faktı ilə bağlı onlara müraciət edilmədiyi bildirilib. Ancaq dava ilə bağlı KİV-lərdəki məlumatlar əsasında araşdırma aparılır və nəticədən asılı olaraq tədbir görüləcək.
337