Azərbaycanlı zəvvarların son qrupu bu gün qayıdır
15 oktyabr 2014 14:19 (UTC +04:00)

Azərbaycanlı zəvvarların son qrupu bu gün qayıdır

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların ziyarət səfəri başa çatıb. Qafqaz Müsəlmanlar İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 11-15-i arası gerçəkləşən təyyarə reysləri ilə azərbaycanlı zəvvarlar ölkəyə qayıdıb. Sonuncu təyyarə reysləri bu gün həyata keçirilir. Bununla da bu il Həcc ziyarətinə qatılmış 4 minə yaxın azərbaycanlı zəvvarın hamısı Vətənə dönmüş olacaq.

 

Qeyd edək ki, azərbaycanlı zəvvarlar Məkkə şəhərində Həcc ziyarəti ayinlərini başa vurduqdan sonra mübarək Mədinə şəhərinə səfər ediblər. Onların Bakıya qayıdışı da Mədinə şəhərindən gerçəkləşir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar