Azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb
08 aprel 2014 03:36 (UTC +04:00)

Azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb

Azərbaycanlı siyasi məhbus aprelin 7-dən etibarən aclıq aksiyasına başlayıb.

APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, bunu Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvü olan Mahmud Fəzli həyat yoldaşı ilə telefon danışığı zamanı bildirib. Buna səbəb kimi Yeni GAMOH təşkilatının üzvlərinin işinin yenidən araşdırılması üçün İran Ali Məhkəməsinə göndərilməməsidir.

 

Qeyd edək ki, Təbriz Mərkəzi Həbsxanasının rəisi aprelin 3-də məhbusların problemləri ilə tanış olmaq üçün 12-ci bəndə gəlib. M.Fəzli də Yeni GAMOH təşkilatının üzvlərinin işinin yenidən araşdırılması üçün Tehrana göndərilməməsinə görə öz etirazını bildirib. Bu da Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvü ilə Təbriz Mərkəzi Həbsxanasının rəisi ilə mübahisəyə səbəb olub. Nəticədə Təbriz Mərkəzi Həbsxanasının rəisi M.Fəzlinin ünvanına təhqiramiz ifadələr işlədib və onu narkomanların saxlanıldığı 7-ci bəndə salınması barədə göstəriş verib.

 

Xatırladaq ki, ETTELAAT əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbrizdə, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər.

 

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək ötən il 28 gün aclıq aksiyası keçiriblər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Azərbaycanlı siyasi məhbuslar əvvəlcə Tehranın Evin həbsxanasına, oradan da Kərəcin Rəcayişəhr həbsxanasına köçürülüblər, daha sonra da Təbriz Mərkəzi Həbsxanasına geri qaytarılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10