Hazırda həbsdə olan azərbaycanlı qanuni oğru Hacıbaba Talıbxanlının (Hacı Beylaqanski) barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatətə baxılıb. Lent.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Moskva Xorosevski Məhkəməsində keçirilən prosesdə qanuni oğrunun vəkili Aişat Burmistrova çıxış edərək müvəkkilinin heç kimi öldürmədiyini və ittihamları qəbul etmədiyi qeyd edib.
Prosesdə qərar elan edilib. Qərara əsasən vəsatət təmin etməyib. Hacıbaba Talıbxanlı barəsindəki qətimkan tədbiri dəyişdirilməyib.
Qeyd edək ki, 2016-cı ildə öldürülən Rövşən Lənkəraninskinin ən yaxın silahdaşı hesab edilən Hacı Beylaqanski bu ilin may ayının 30-da Moksvada həbs edilib.
Ona Rusiya Cinayət Məcəlləsi ilə adam öldürmə, adam öldürməyə cəhd və qanunsuz silah saxlama maddələri ilə ittiham irəli sürülüb.
O, azərbaycanlı kriminal avtoritet İlqar Əliyevin (Danabaş ləqəbli) öldürülməsində təqsirli bilinir.
Aslan Usoyanın (Ded Həsən) yaxın adamı və “Staraya kibitka” restoranının sahibi İlqar Əliyev 2012-ci il aprelin 19-da öldürülüb. Onun avtomobili işıqforda dayanan zaman qatil maşına yaxınlaşıb, İlqar və həyat yoldaşı Alena Yevteyevanı güllələyib (Hadisə nəticəsində İlqar ölüb, Alena isə sağ qalıb).
Cinayətin sifarişçisi kimi bir neçə şəxsin adı hallanır, ancaq əsas “namizəd” kimi Rövşən Lənkəranski ləqəbli avtoritet Rövşən Caniyev göstərilib.