56 yaşlı azərbaycanlı kriminal avtoritet Yunis Nəzərov Rusiyanın Ulyanovsk şəhərində saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, miqrasiya qaydalarını pozmaqda ittiham edilir.
Məlumata görə, Yunus Nəzərov 15 gün imiş adıçəkilən şəhərdə yaşayırmış və heç bir ünvanda qeydiyyatda deyilmiş. Lotu Yunus dünən məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarına görə, o, 3 gün ərzində Rusiya Federasiyasını tərk etməlidir. Ulyanovsk Şəhər Baş Polis İdarəsindən bildirildiyinə görə, Lotu Yunus Rusiya ərazisində növbəti dəfə saxlanılacağı təqdirdə, ölkədən deportasiya ediləcək. Hazırda onun harada olduğu bilinmir.
Lent.az Lotu Yunusun yerli müstəntiq tərəfindən dindirilməsini təqdim edir:
- Familiyanız, adınız, atanızın adı?
- Nəzərov Yunus.
- Atanızın adı?
- Canəhməd oğlu.
- Təvəllüdünüz?
- 23 yanvar 1961-ci il.
- Harada anadan olmusunuz?
- Azərbaycanda.
- Hara vətəndaşısınız?
- Azərbaycan.
- İşləyirsinizmi?
- Xeyr.
- Nə işlə məşğul olursunuz?
- Mən əliləm, nə işləmək.
- Kriminal statusunuz var?
- Hə, oğruyam.
- Rusiyaya nə vaxt gəlmisiz?
- 6 il əvvəl.
- Ulyanovsk şəhərinə nə vaxt gəlmisiniz?
- 10-15 gün əvvəl.
- Ulyanovska gəlişinizin məqsədi?
- Elə-belə gəlmişəm. 10 gün, bir ay dincəlib qayıdıram.
- Harda yaşayırsız?
- Bilmirəm. Həmyerlilərimlə qalıram. Bir gün orda, bir gün burda.
- Sonuncu qaldığınız yerin ünvanın deyə bilərsinizmi?
- Yox.
- Aydındır. Bundan sonra hara gedəcəksiz?
- Azərbaycana, ya Dağıstana.
***
Azərbaycanlı məşhur “qanuni oğru”, “Lotu Yunus” ləqəbli Yunis Nəzərov Rusiyada hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, onun konkret hansı ittihamla saxlanıldığı hələ açıqlanmayıb. Lakin kriminal avtoritetin Azərbaycana ekstradisiya ediləcəyi bildirilir.