Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, ötən aydan Tehranın Evin zindanında saxlanan fəal Behnam Şeyxi aclıq aksiyası keçirdiyindən səhhəti pisləşib.
Lent.az-ın “Media forum”-a istinadən məlumatına görə, qanunsuz həbsinə, zindanın ağır şəraitinə və məmurların kobud rəftarına etiraz əlaməti olaraq aclıq edən Behnam Şeyxinin səhhəti kəskin pisləşdiyindən o bir neçə dəfə zindan klinikasına köçürülüb. Fəalın ailə üzvləri onunla yaxından görüşmək istəsə də zindan rəhbərliyi buna imkan verməyib.
əməkdaşları Behnam Şeyxini martın 5-də iş yerində tutub aparıblar. İş yerində yoxlama aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.
Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi Beynəlxalq Ana dili Günü tədbirlərinə fəal iştirakı ilə əlaqələndirilir. Fəal milli zəmindəki dinc fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutulsa da, az müddət saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.