Azərbaycanlı məhbuslar Təbriz zindanında aclığa başlayıb
18 aprel 2014 22:33 (UTC +04:00)

Azərbaycanlı məhbuslar Təbriz zindanında aclığa başlayıb

0

Təbrizin mərkəzi zindanında saxlanan azərbaycanlı fəallar Ayət Mehrəlibəyli (Yürüş) və Arəş Məhəmmədi aclıq aksiyasına başlayıb.

Lent.az-ın “Media forum”-a istinadən məlumatına görə, bu haqda xəbəri “Oyannews.com”un farsdilli versiyası yayıb.

 

Mənbə bildirib ki, azərbaycanlı fəallar İran təhlükəsizlik qurumlarının onların ailələrinə və digər siyasi məhbusların ailə üzvlərinə göstərdiyi təzyiq və təhdidə etiraz olaraq aprelin 15-dən aclığa başlayıb. Məhbus fəalların səhhətinin getdikcə pisləşməsi onların ailələrinin və başqa hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

 

Ayət Mehrəlibəyli “qanunsuz təşkilat yaratmaqda və İranın təhlükəsizliyinə qarşı çıxmaqda” günahlandırılaraq 9 il həbsə məhkum edilib. Başqa milli-mədəni fəallar - üzvləri Lətif Həsəni, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə də eyni ittihamlarla 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Arəş Məhəmmədi tələbədir, solçu hərəkatın üzvüdür. O, 2013-cü il iyunun 15-də prezident seçkisinin rəsmi nəticələri açıqlanandan – Həsən Ruhaninin qələbəsi elan ediləndən sonra küçə şənliklərinə qatılarkən tutulub. Arəş Məhəmmədi İranın “təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşu əleyhinə təbliğatda ” günahlandırılıb, bir il azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar