Azərbaycanlı gənc rus qadınları necə aldatdı? - MACƏRA
02 aprel 2013 12:53 (UTC +04:00)

Azərbaycanlı gənc rus qadınları necə aldatdı? - MACƏRA

Rusiyanın Primorsk vilayətində 27 yaşlı azərbaycanlı Amid Abdullayev saxlanılıb.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Amid Abdullayev sosial şəbəkələr vasitəsi ilə 35-50 yaşlı imkanlı qadınlarla tanış olub və aldadaraq onların pulunu mənimsəyib.

 

Amid Abdullayev növbəti dələduzluqdan sonra Bakıya qayıtmaq üçün yollandığı aeroportda saxlanılıb. Amid Abdullayev müxtəlif sosial şəbəkələrdə müxtəlif adlarla – “Teymur”, “Frank”, “Səid” adları ilə qeydiyyatdan keçib. O, sosial şəbəkədəki səhifələrinə bahalı paltarda çəkdirdiyi fotoşəkillərini yerləşdirib. Amid Abdullayev qurban seçdiyi qadınlarla söhbət zamanı onların sosial statuslarını və maddi durumlarını müəyyənləşdirib. Əgər qadın varlıdırsa, Amid Abdullayev ona görüş təklif edib. İlk görüş zamanı da yaxşı geyinib, qadınlara gül, hədiyyə bağışlayıb, komplimentlər söyləyib. Eyni zamanda uğurlu biznesi barədə danışıb. Qadınlar onu sevməyə və etimad bəsləməyə başlayıblar.

 

Bir müddət sonra isə Amid Abdullayev həmin sadəlövh qadınlara münasib qiymətə daha bahalı avtomobil almağı, yaxud avtomobil icarəyə götürməyi təklif edib. Qadınlar nəticəsini düşünmədən bunun üçün Amidə pul veriblər.  Abdullayev isə pulu götürdükdən sonra aradan çıxıb. O, bu yolla bir neçə ay ərzində 3 milyon rubl (təxminən 110 min dollar) mənimsəyib. Hazırda onun barəsində dələduzluq maddəsi ilə iş açılıb. Onu 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4167
avatar

Oxşar yazılar