Azərbaycanı bu oğlan təmsil edəcək
14 mart 2013 22:50 (UTC +04:00)

Azərbaycanı bu oğlan təmsil edəcək

Azərbaycanın “Eurovision-2013” Mahnı Müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti başa çatıb. Lent.az-ın məlumatına görə, "Buta Palace"də keçirilən Milli Final gecəsində 10 finalçı öz performansını nümayiş etdiriblər. Onlar müsabiqədə  yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa ediblər.  Mahnılar ilk dəfə final konsertində səsləndirilib. “Ədalət və Pərviz” instrumental qrupu, Çingiz Msutafayev və “Palmas” gitara qrupu çıxış edib. Daha sonra Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 5 illik təmsilçiliyindən bəhs edən video-çarx nümayiş olunub. Bundan başqa 2011-ci ildə müsabiqədə qalib olan Eldar Qasımov və 2012-ci ildə Bakıda keçirilən yarışmada ölkəmizi təmsil edən Səbinə Babayeva çıxış edib. Səbinə müsabiqədə ifa etdiyi “When the music dies” mahnısını yenidən səsləndirib. Daha sonra əməkdar artist Tünzalə Ağayeva səhnəyə təşrif buyuraraq, öz ifasını tədim edib

 

Çıxışlardan sonra münsiflər heyəti müşavirəyə gediblər. Daha sonra qalibin adı açıqlanıb. Beləliklə, finala vəsiqə qazanan on finalçı arasından Fərid Məmmədov      Azərbaycanı bu mötəbər müsabiqədə təmsil etmək hüququ qazanıb. O, may ayında İsveçin Malmö şəhərində keçiriləcək 58-ci “Eurovision” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında ikinci nömrə altında ölkəmizin adından çıxış edəcək.

 

Qeyd edək ki, Azərbaycan "Eurovision" Mahnı Müsabiqəsində 2008-ci ildən etibarən iştirak edir.  Ölkəmizi müsabiqədə ilk dəfə olaraq Elnur Hüseynov və Samir Cavadzadə, 2009-cu ildə Aysel Teymurzadə və Araş, 2010-cu ildə Safura Əlizadə təmsil edib.  2011-ci ildə Eldar və Nigar qalib olaraq müsabiqəni ölkəmizə gətirib. 2012-ci ildə Bakıda  keçirilən müsabiqədə ölkəmizi Səbinə Babayeva təmsil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2728

Oxşar yazılar

Bakıda evdən 90 minlik  OĞURLUQ

Bakıda evdən 90 minlik OĞURLUQ

22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38