Yanvarın 17-də Azərbaycan yollarında baş vermiş yol qəzalarında 5 nəfər ölüb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, baş vermiş 16 yol-nəqliyyat hadisəsi nəticəsində daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ölümlə nəticələnən yol qəzaları Kürdəmir, Hacıqabul, Şabran, Abşeron və Bakının Sabunçu rayonunda qeydə alınıb. Kürdəmirdə mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bakıda isə “BMW” və “Volvo” markalı avtomobillərin toqquşması 1 nəfərin ölümü, daha bir şəxsin isə yaralanmasına səbəb olub.
Bundan başqa yanvarın 17-də gecə saatlarında yanvarın 8-də Bakı şəhərinin Səbail rayonu ərazisində yol qəzası zaman ölümcül xəsarət alan qadında dünyasını dəyişib. Bibiheybət yolunda “Ford” markalı avtomobilin vurduğu 1966-cı il təvəllüdlü Yeganə Paşayevə Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.