Həftə sonu ölkə ərazisində baş verimiş yol qəzaları 6 nəfərin həyatına son qoyub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, şənbə və bazar günləri ölkədə ümumilikdə 27 yol qəzası baş verib. Nəticədə 6 nəfər ölüb, daha 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən qəzalar Füzuli, Qəbələ, Goranboy rayonlarında, eləcə də Bakıda və Sumqayıtda qeydə alınıb.
Hər bir faktla bağlı araşdırma aparılır.