Azərbaycanda yeznə baldızını güllələyib
26 iyun 2013 11:42 (UTC +04:00)

Azərbaycanda yeznə baldızını güllələyib

İyunun 25-də Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Kimyaçılar qəsəbəsində qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Habil Yunis oğlu baldızı 1952-ci il təvəllüdlü Nabatəliyeva Nübar Məhərrəm qızını güllələyib. Döş qəfəsindən xəsarətlər almış qadın dünyasını dəyişib.

 

Hadisəni törədən H. Həsənov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb. 

 

# 738
avatar

Oxşar yazılar