Azərbaycanda yaşayış evində güclü partlayış olub - YENİLƏNİB
11 may 2014 19:57 (UTC +04:00)

Azərbaycanda yaşayış evində güclü partlayış olub - YENİLƏNİB

Şəmkirdə mənzillərin birində güclü partlayış baş verib. Hadisə nəticəsində ev sahibi ağır yaralanıb.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Təzəkənd kəndində fərdi yaşayış evində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Qurban Abdullayev səhər saatlarında evdə işığı yandırarkən partlayış baş verib.

 

Q. Abdullayev ağır yanıq xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb. Zərərçəkmişin vəziyyəti ağır olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş yaralının vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007
avatar

Oxşar yazılar