Avqustun 22-də Siyəzən rayon Mərkəzi Xəstəxanasına qidadan zəhərlənmə ilə 57 nəfər yerləşdirilib. Lent.az-ın məlumatına görə, 15-i kişi, 24-ü qadın və 18-i uşaq təcili xəstəxanaya yerləşdirilib. Şabran rayonunun Ağbaş kənd sakinləri olan şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Araşdırmalar aparılır.