Azərbaycanda silsilə cinayətlər törədən şəxsin görüntüsü yayıldı
30 yanvar 2013 15:12 (UTC +04:00)

Azərbaycanda silsilə cinayətlər törədən şəxsin görüntüsü yayıldı

Azərbaycanda silsilə cinayətlər törədən şəxsin video görüntüləri yayılıb. Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin kameraları tərəfindən qeydə alınan həmin görüntüləri APA-ya təqdim edib.

 

 

Videogörüntüdəki şəxsin 2012-ci il ərzində müxtəlif vətəndaşları izləyərək, özünü kommunal xidmətinin əməkdaşı kimi təqdim etməklə onların mənzillərinə daxil olduqdan sonra əmlaklarını müxtəlif yollarla talayaraq hadisə yerindən qaçdığı bildirilir.

 

Görüntülərdən də məlum olur ki, naməlum şəxs cinayətlərini həyata keçirərkən tanınmamaq üçün xüsusi eynəkdən istifadə edib. Eynəkdə olduğu üçün onun şəxsiyyətini müəyyən etmək polis əməkdaşları üçün çətinliklər yaradıb. Hazırda polis həmin şəxsin tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.

 

 

Daxili İşlər Nazirliyi video görüntülərdəki şəxsi tanıyanlardan nazirliyin “102” xidmətinə, eləcə də Baş Cinayət Axtarış İdarəsinə - (012 – 590 97 09, (050) 340 66 36 nömrələrinə) və Xətai rayon Polis İdarəsinə - (012 - 422 02 02) zəng vuraraq məlumat vermələri xahiş edir. Məlumat verən şəxsi mükafat gözləyir və anonimliyinə təminat verilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15011
avatar

Oxşar yazılar