Azərbaycanda sahibsiz it 4 nəfəri dişləyib qaçdı
13 mart 2015 09:57 (UTC +04:00)

Azərbaycanda sahibsiz it 4 nəfəri dişləyib qaçdı

Qaxda sahibsiz it çobanlara və mal-qaraya hücum edib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Qax rayonunda Sarıca qışlağında baş verib.

 

Sahibsiz it qoyunların saxlandığı təsərrüfata hücum edərək 4 çobanı - Qax rayon İlisu kənd sakinləri, 54 yaşlı Zabit Musayevi, 83 yaşlı Əli Süleymanovu, 47 yaşlı Azər Məmmədovu və 84 yaşlı Əziz Musayevi yaralayıb.

 

Bundan başqa, it qarşısına çıxan mal-qaraya və çoban itlərinə də hücum edərək xəsarət yetirib.

 

Xəsarət alan çobanlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

 

Qax RMX-dan APA-ya bildirilib ki, itin dişlədiyi çobanların hamısı quduzluğa qarşı peyvənd olunub. Əsasən üz nahiyəsindən və əlindən xəsarətlər alan 84 yaşlı Əziz Musayev vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

 

Qax Rayon Baytarlıq İdarəsindən APA-ya bildirilib ki, idarə tərəfindən həmin əraziyə baxış keçirilib, müvafiq tədbirlər görülüb, vəziyyət nəzarətə götürülüb. Yaralı heyvanlara və itlərə quduzluğa qarşı peyvəndlər vurulub.

 

Qeyd edək ki, çobanlara hücum çəkən it hələlik tapılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15