Qaxda 82 yaşlı qadın qayadan yıxılaraq ölüb.
Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun İlisu kəndində baş verib.
İlisu kənd sakini, 1931-ci il təvəllüdlü Camalova Kəlmət Tahir qızı qayadan yıxılaraq Kürmük çayına düşüb. Bir neçə saat köməksiz qalan Kəlmət Camalova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yaxınlarının və rayon hüquq-mühafizə orqanı əməkdaşlarının səyi nəticəsində K. Camalovanın meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib.
Hadisənin ehtiyatsızlıq baş verdiyi ehtimal edilir.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.