Göyçay rayonunda törədilmiş oğurluq hadisəsinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da Səlahəddin Əzizovun evindən qızıldan hazırlanmış protezi oğurlamış rayon sakini Anar İbrahimov tutulub.
Araşdırmalar davam etdirilir.