Yanvarın 20-də Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Daşkəsən rayon sakini 1947-ci il təvəllüdlü Nedalivka Qalina Konstantinovna özünü asaraq intihar edib. 66 yaşlı qadının asılı vəziyyət qalmış meyiti yaşadığı mənzilin mətbəxində aşkarlanıb.
Faktla əlaqədar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Hadisənin səbəbləri araşdırılır.