Azərbaycanda qaban ovlayan 19 yaşlı oğlan faciəvi şəkildə öldü
21 dekabr 2012 13:24 (UTC +04:00)

Azərbaycanda qaban ovlayan 19 yaşlı oğlan faciəvi şəkildə öldü

Dekabrın 20-də Yardımlı rayonunun Ləzir kəndinin meşə zolağında faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, meşədə qaban ovuna çıxmış Masallı rayon sakini, 1993-cü il təvəllüdlü Talıbov Şahin İrəc oğlu tüfəng ilə ehtiyatsız davranması nəticəsində özünü güllələyib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, 19 yaşlı oğlan meşəyə qaban ovlamağa gedib. Ov zamanı ehtiyatsızlıq edən gənc özünü vurub. Qaban vurmaq üçün xüsusi hazırlanmış patronun qırması daha iri və öldürücü olduğundan gənc oğlan hadisə yerində keçinib.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3193

Oxşar yazılar