Azərbaycanda polis mayoru özünü öldürüb - TƏFƏRRÜAT
25 yanvar 2013 10:20 (UTC +04:00)

Azərbaycanda polis mayoru özünü öldürüb - TƏFƏRRÜAT

 

Yanvarın 24-də Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağcabədi şəhərinin Muxtarov küçəsi 65 ünvanında yaşayan 1953-cü il təvəllüdlü Quliyev Şükür Düşəri oğlu ailə üzvlərinin gözü qarşısında sirkə turşusu içərək özünü zəhərləyib. Saat 10 radələrində xəstəxanaya gətirilən 60 yaşlı kişi axşam saatlarında ölüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

 

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, intihar etmiş Ş.Quliyev ehtiyatda olan polis mayorudur. O uzun illər polis sistemində çalışıb və növbətçi hissə rəisi olub. 60 yaşlı Ş.Quliyevin intiharına isə külli miqdarda pul borcunun olması səbəb göstərilir. Məlumata görə, o polis sistemindən təqaüdə çıxdıqdan sonra qohum-əqrəbadan xeyli miqdarda pul borc alıb. Ş.Quliyev daha sonra topladığı pulu faizlə başqa birisinə borc verib. Lakin onun borc verdiyi şəxs ölkədən qaçıb, Ş.Quliyev isə pis vəziyyətə düşüb. Nəhayət qohum-əqrəbanın borcunu qaytara bilməyən ehtiyatda olan polis zabiti özünü yaxınlarının gözü önündə öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6922
avatar

Nizam Rza

Oxşar yazılar