Azərbaycanda oğurluqla məşğul olan 4 qadın tutuldu
09 dekabr 2015 12:57 (UTC +04:00)

Azərbaycanda oğurluqla məşğul olan 4 qadın tutuldu

0

Polis əməkdaşları oğurluq etdiyinə görə axtarışda olan qadınları yaxalayıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Şölə Atakişiyevanın evindən 800 manat və qızıl əşyalar oğurlamış Yevlax şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrə Bəkirova və Rahilə Nadirova tutulublar.

 

Bundan başqa Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Aqilə Əliyevanın evindən qızıl və gümüş əşyalar oğurlamış şəhər sakinləri Zarina Kərimova və bacısı Pərvanə Nadirova yaxalanıb.

 

Saxlanılan şəxslər ətrafında araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar