Azərbaycanda naməlum şəxslər orta məktəbə basqın edib
09 yanvar 2013 13:29 (UTC +04:00)

Azərbaycanda naməlum şəxslər orta məktəbə basqın edib

Yanvarın 9-na keçən gecə Astara rayonunda quldurluq hadisəsi baş verib. Rayonun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, gecə saatlarında naməlum şəxslər Astara şəhərində yerləşən 6 saylı orta məktəbə gəlib. Həmin şəxslər məktəbin 75 yaşlı mühafizəçisi Məmmədov Adıbala Lətif oğlunun otağına giriblər və onu vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Onlar otaqdan pul və digər əşyaları götürərək qaçıblar.

 

Məlumata görə, basqınçılar məktəbə maddi ziyan da vurub. A.Məmmədov polisə bildirib ki, ona hücum edən şəxslər 2 nəfər olub.

 

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6204
avatar

Nizam Rza

Oxşar yazılar