Azərbaycanda meşə yanır
20 aprel 2014 16:29 (UTC +04:00)

Azərbaycanda meşə yanır

İsmayıllı rayonunda meşə sahəsində yanğın başlayıb. Lent.az-ın Kanal S-ə istinadən verdiyi məlumata görə, yanğın İsmayıllının Xəleyi meşəsində qeydə alınıb. Dağlıq ərazidə başlayan yanğın qısa müddət ərzində genişlənib. Yanğının qarşısını almaq məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğınla mübarizə indiki saatlarda da davam edir.

 

Yanğının hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil. 

# 1412
avatar

Oxşar yazılar