Azərbaycanda məktəbli qızı zorlayıb videosunu çəkənlər həbs edildi
11 dekabr 2014 12:12 (UTC +04:00)

Azərbaycanda məktəbli qızı zorlayıb videosunu çəkənlər həbs edildi

Abşeronda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinin məhkəməsi başa çatıb. Lent.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayətdə təqsirli bilinən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyevə hökm oxunub. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Elməddin Qədirli 6 il 6 ay, digərləri isə hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək barədə verilmiş qətimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.


Qeyd edək ki, təqsirləndirilən şəxslər seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər. Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbdə oxuyan Nərgizi (ad şərti verilib) zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar. Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza qarşı hədə-qorxu gəliblər və onu şantaj ediblər.

 
Təqsirləndirlən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) və 150-ci (seksual xarakterli hərəkət etmə) maddələri ilə ittiham ediliblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245

Oxşar yazılar

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

9 fevral 2025 , 01:53
Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07