Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb
27 avqust 2015 13:13 (UTC +04:00)

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb

0

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

 

55 saylı orta məktəbdən APA-ya bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.

 

Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 227

Oxşar yazılar