Azərbaycanda itikin düşən ana və övladları tapıldı
28 avqust 2019 14:10 (UTC +04:00)

Azərbaycanda itikin düşən ana və övladları tapıldı

0
Qazaxda itikin düşən ana və övladları tapılıb.
 
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Qazax rayon sakini, 28 yaşlı Nərgiz Qasımovanı, eləcə də  övladları 8 yaşlı Günel Qasımova və 6 yaşlı Elgün Qasımova Bakı şəhərindəı tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib.
 
Qadın izahatında deyib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur.
 
Qeyd edək ki, N.Qasımova və övladları avqustun 4-də Qazax rayonu, Ağköynək kəndindəki evindən çıxaraq geri qayıtmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5168

Oxşar yazılar