Azərbaycanda hərbi hissə komandiri ağır qəzaya uğradı
01 may 2014 19:49 (UTC +04:00)

Azərbaycanda hərbi hissə komandiri ağır qəzaya uğradı

0

Azərbaycanda hərbi hissə komandiri əvəzi ağır qəzaya uğrayıb.


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sumqayıt şəhər ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandir əvəzi, polkovnik-leytenant Fuad Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə ağır yaralanan hərbçi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5743

Oxşar yazılar