Azərbaycanda gürcü qadına qaraciyər köçürüldü
30 avqust 2013 17:49 (UTC +04:00)

Azərbaycanda gürcü qadına qaraciyər köçürüldü

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiya şöbəsində kritik vəziyyətdə olan və uzun müddət qaraciyər serrozundan əziyyət çəkən 28 yaşlı Gürcüstan vətəndaşı Sofia Batiatşvili üzərində uğurlu qaraciyərin köçürməsi əməliyyatı həyata keçirilib.


 

Bu barədə APA-ya açıqlamasında respublikada aktiv fəaliyyət göstərən yeganə Cərrahiyyə və Orqan Transplantasiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib. Onun sözlərinə görə, xəstə ağır sepsis, pnevmoniya, peritonit vəziyyətində Tiflis şəhərindən reanimobil vasitəsi ilə xəstəxanaya çatdırılıb: “Xəstənin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə alınaraq süni tənəffüs cihazına qoşulub. Bir aya yaxın intensiv terapiya və müalicə aparıldıqdan sonra xəstənin vəziyyəti stabilləşib və xəstəyə xalası oğlundan alınan qaraciyər payı nəql edilib. Bu gün isə xəstə sağalma ilə evə yazılır”.

 

Donor əməliyyatını həyata keçirən Eldar Əhmədovun sözlərinə görə isə donor əməliyyatı müvəffəqiyyətlə icra edilib. O qeyd edib ki, donor hazırda evindədir və vəziyyəti qənaətbəxşdir.

 

Bu gün evinə sağalma ilə yazılan xəstə Sofia Batiatşvli isə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etməzdən öncə 2 ay Tbilisidə və 20 gün İsraildə müayinə və müalicə olduğunu bildirib. Lakin bunların heç birinin effekt vermədiyindən əmin olduqdan sonra əvvəllər Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyər köçürülmə əməliyyatına məruz qalmış Gürcüstan vətəndaşı olan xəstələrin tövsiyəsi ilə son çarə olaraq Azərbaycana üz tutduğunu deyib. Hazırda vəziyyətinin qənaətbəxş olduğunu bildirən xəstə ailəsinə, yeganə övladı olan 6 yaşlı qızına qovuşduğu üçün Azərbaycan həkimlərinə və Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21