Son 6 qeyri iş günündə (20, 21, 22, 23, 24, 25 mart) Azərbaycan ərazisində baş verən yol qəzalarında 36 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 25-də respublika yollarında baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır qəzalar Ağcabədi və Kürdəmir rayonlarında qeydə alınıb. İki hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb
Bundan öncəki 5 bayram günü ərzində, yəni, martın 20-dən 25-dək respublikanın avtomobil yollarında 79 yol qəzası qeydə alınıb ki, nəticədə 29 nəfər ölüb, 114 nəfər xəsarət alıb.
Ölümlə nəticələnən qəzalar daha çox Bakı-Qazax magistralının Hacıqabul-Kürdəmir-Ucar hissəsində və Bakı-Şamaxı-Yevlax yolunda qeydə alınır.