Azərbaycanda daha bir qumarxana tapılıb
16 aprel 2014 12:54 (UTC +04:00)

Azərbaycanda daha bir qumarxana tapılıb

0

Azərbaycanda daha bir “on-line” qumarxana tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəhriyar küçəsində yerləşən “Rəhman” çay evində şəhər sakinləri Elşad Əhmədovun, Fərrux Musayevin, Bayram Bayramlının və Şəki şəhər sakini Yusif Baqıyevin “On-line” qumar oyunlarının təşkil etmələri müəyyən edilib

Baxış zamanı qumarxanada “On-line” qumar oyunları yazılmış 2 ədəd kompyuter dəsti, 3 ədəd “LCD” televizor, 1 ədəd qumar kuponlarını çap edən printer, 39 ədəd oyun kuponu və 200 manat məbləğində uduş pulu aşkar edilərək götürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 819

Oxşar yazılar