Azərbaycanda daha bir qadın doğuş vaxtı öldü - <span style="color:red;">YENİLƏNİB
14 may 2014 14:15 (UTC +04:00)

Azərbaycanda daha bir qadın doğuş vaxtı öldü - YENİLƏNİB

0
Azərbaycanda doğuşdan sonra daha bir ana ölümü faktı qeydə alınıb.
 
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb. Mərkəzdən APA-ya verilən məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı ötən gecə mərkəzdə  qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik olan uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb. Qadın ikinci dəfə əməliyyata götürülüb. Əməliyyatdan sonra özünü yaxşı hiss edən xəstənin halı bu gün səhər saatlarında pisləşib və o, kəskin ağciyər və ürək catışmazlığından dünyasını dəyişib.

 

Həkimlər qanaxmaya səbəb kimi qadında qan xəstəliyinin olmasını göstəriblər. Alidə Rzayevanın 5 yaşında talassemiya xəstəliyi ilə bağlı dalağının çıxarıldığı qeyd olunub.

 

Ölümün səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq. Ekspertlərin ilkin rəyinə görə isə xəstə ağ ciyər arteriyasının tromboemboliyası  nəticəsində dünyasının dəyişib.

 

Qeyd edək ki, Alidə Rzayeva bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*****

 

11:32

 

Azərbaycanda daha bir ana doğuş zamanı ölüb. Lent.az-ın anspress-ə isatinadən məlumatına görə, hadisə Sabirabad rayonunda baş verib. Gənc qadın ötən gecə doğuş sancısı ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onun üzərində qeysəriyyə əməliyyatı aparmağa qərar veriblər. Lakin doğuşa girən ana əməliyyat zamanı qanaxmadan keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır. Ölən qadının yaxınları ilə xəstəxanada həkimlər arasında qarşıdurma yarandığı bildirilir. Sabirabad rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə yerinə polis nəfərləri göndərilib.

Ətraflı məlumat veriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2656

Oxşar yazılar