1 iyul
1873. Çar hökuməti Azərbaycanda araq istehsalına aksiz vergisi tətbiq edib. Bu qərar araqçəkmə müəssisələrinin vəziyyətini ağırlaşdırıb
1896. Azov-Don səhmdar kommersiya bankı Gəncədə öz şöbəsini açıb
1917. Menşeviklər 14 nəfərdən ibarət özlərinin müstəqil komitələrini yaradaraq onun birləşmiş RSDFP-nin Bakı Komitəsi adlanması haqqında qərar qəbul ediblər
1923. Azərbaycan Kommunist Partiyası MK-nın Rəyasət Heyəti Qarabağ haqqında məsələni müzakirə edərək qərara alıb: "Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (Rəyasət Heyətinin adından) Dağlıq Qarabağın muxtariyyəti barədə dekret verib mərkəzi Xankəndi olmaqla İcraiyyə Komitəsinin başçılıq etdiyi Qarabağ muxtar vilayəti yaradılsın"
1924. Dağlıq Qarabağ Muxtar Vilayətinin Konstitusiyasını qəti şəkildə redaktə etmək üçün AK(b)P MK-nın Rəyasət Heyəti xüsusi komissiya təşkil edib
1996. Azərbaycan Respublikası İrlandiya ilə diplomatik əlaqələr qurub
1998. Azərbaycan Respublikası Tunis ilə diplomatik əlaqələr qurub
2010. Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası işə başlayıb...