1408. Qaraqoyunlu qoşunu Təbriz yaxınlığında Teymurilərin 20 minlik ordusunu darmadağın edib. Döyüşdə Miranşah öldürülüb, Əbubəkr isə qaçmağı bacarıb
1913. Milyonçu Şəmsi Əsədullayev Yaltada günvurmadan vəfat edib
1921. Gürcüstan SSR ilə Azərbaycan SSR arasında poçt konvensiyası haqqında müqavilə imzalanıb
1923. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Dağıstan aclarına kömək üçün dövlət fondundan beş min pud taxıl ayrılıb
1943. Azərbaycan xalqı cəbhədəki azərbaycanlı döyüşçülərə məktub ünvanlayıb
1978. Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu) doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilib.
2011. Rusiya hökuməti Azərbaycanla imzalanmış dövlət sərhədi haqqında müqaviləni ratifikasiya üçün prezident D. Medvedevə təqdim edib...