26 mart
1893. Opera müğənnisi Fatma Muxtarova anadan olub
1902. Xanəndə Yavər Kələntərli anadan olub
1910. Aktyor Ələsgər Ələkbərov anadan olub
1919. Hərbi nazirin əmri ilə Azərbaycan ordusunun Baş Ərkani-Hərbi (Baş qərargah) təsis edilib və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin olunub
1920. Erməni silahlı qüvvələrinin təcavüzünə qarşı mübarizəyə rəhbərlik etmək üçün Baş Qərargahın rəisi general-mayor H.Səlimovun rəhbərliyi altında ayrı xüsusi qərargah təsis edilərək Ağdama yerləşdirilib
1973. Tarzən Əhməd Bakıxanov vəfat edib
1998. Prezident Heydər Əliyev “Azərbaycanlıların genosidi haqqında” fərman imzalayıb. Martın 31-i azərbaycanlıların soyqırımı günü elan edilib
1999. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş imzalanıb
2002. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət sərhədinin mühafizəsi Dövlət Departamenti arasında əməkdaşlığa dair 3 saziş imzalanıb.