17 mart
1917. Rusiya Nazirlər Şurası Bakı və Yelizavetpol quberniyalarında torpaq məsələləri üzrə layihəni III Dövlət Dumasına təqdim etdi
1917. Rusiya Müvəqqəti hökuməti Bakıda yerli hakimiyyət orqanı olan “İctimai Təşkilatların İcraiyyə Komitəsi”ni təsis edib
1919. Azərbaycan parlamenti yerlərdə vergi yığmaq hüququnu üzvləri zemstvo yığıncaqları və icmalar tərəfindən seçilən gəlir vergisi üzrə quberniya və qəza idarə heyətlərinə verib
1919. Aktyor Hüseyn Xələfov (Ərəblinski) vəfat edib
1920. ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə növbəti dəfə nota göndərib. Rusiya tərəfi notaya cavab verməyib
1920. V.İ.Lenin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərib
1922. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSRİ-nin aclıq çəkən rayonları siyahısına salınıb
1922. Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun “Keçmişdə qaçaqlar” faciəsinin ilk tamaşası olub
1937. SSRİ-də kəndlilərin yaşadıqları ərazini tərk etməsini məhdudlaşdıran qanun qəbul edilib
1991. “SSRİ-nin saxlanmasına dair” referendum keçirilib. Referendumda Azərbaycan SSR əhalisinin 75.1%-i iştirak edib. İştirak edənlərin 93.3%-i Sovet İttifaqının saxlanmasına tərəfdar olub. Naxçıvan ərazisində isə referendum baş tutmayıb. Bütün SSRİ üzrə isə rəsmi məlumata görə əhalinin 76,43%-i SSRİ-nin qalmasına səs verib.
1992. Azərbaycan Respublikası Almaniya ilə diplomatik əlaqələr qurub
1995. Prezident fərmanı ilə ləğv edilən Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) dövlət çevrilişi cəhdi iflasa uğrayıb
1997. Qafqaz İslam Universiteti Bakı İslam Universitetinə çevrilib
2004. Keçmiş baş nazir Surət Hüseynov amnistiyaya düşərək həbsdən azad edilib...