16 mart
1919. Azərbaycan hökuməti fəhlələrin əmək haqlarının qaldırılması barədə əmək nazirinin vəsatəti əsasında büdcədən 10 milyon manat ayırıb
1921. RSFSR və Türkiyə arasında “Dostluq və əməkdaşlıq haqqında saziş” imzalanıb. Tarixçilər bu hadisəni Moskva müqaviləsi adlandırır. Bu müqavilənin üçüncü bəndinə əsasən Naxçıvan vilayəti "Azərbaycanın qəyyumluğu (protektoratı) altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir”
1923. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin II fövqəladə sessiyasında "Sovet İttifaqın təşkili haqqında Bəyannamə, habelə müttəfiq respublikaların Müqaviləsi” dəyişiklik olmadan təsdiq edilib
1931. SSRİ Əmək və Müdafiə şurası "Neft avadanlığı istehsalının genişləndirilməsi haqqında" qərar verib
1940. Caz ustası Vaqif Mustafazadə anadan olub
1981. Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnaməni təsdiq” edib
1991. ABŞ-ın “Newsweek” jurnalı Xocalı soyqırımı haqqında geniş yazı verib. Məqalədə belə bir cümlə də yer alırdı: “Bir çox insan qaçmağa çalışarkən öldürülmüş, bəzilərinin üzləri tanınmaz hala salınmış, digərlərinin isə başlarının dərisi soyulmuşdur”
1992. Azərbaycan Respublikası Liviya ilə diplomatik əlaqələr qurub
1995. Rusiya və Ermənistan arasında “Rus qoşunlarının ölkədə saxlanmasına dair Saziş” imzalanıb. Sazişin müddəti sonradan uzadılıb.