28 fevral
1919. Azərbaycan hökumətinin qərarı ilə Naxçıvan general-qubernatorluğu (arxiv sənədlərində "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", habelə "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının müvəqqəti general-qubernatorluğu" adlanır) təşkil edilib
1952. Bəstəkar Eldar Mansurov anadan olub
1952. Milli qəhrəman Elman Hüseynov anadan olub
1992. Azərbaycan Respublikası ABŞ və Hindistanla diplomatik əlaqələr qurub
1992. Fevral ayı ərzində ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində 77 azərbaycanlını qətlə yetirib
1993. Ermənilər Şimali Qafqazda Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladıb. Terror aktı nəticəsində əksəriyyəti azərbaycanlı olmaqla 11 nəfər həlak olub, 18 nəfər yaralanıb
1995. Azərbaycan Respublikası və Nepal arasında diplomatik əlaqələr qurulub
2012. Fransa Konstitusiya Şurası qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edib. Bu qərardan dərhal sonra prezident Nikola Sarkozi hökumətə yeni qanun layihəsini hazırlamağı tapşırıb...