23 yanvar
1906. Ümumrusiya müsəlmanlarının 15 yanvarda başlayan II qurultayı başa çatıb
1920 Rusiyanın xarici işlər naziri G.V. Çiçerin ikinci notasında yenidən Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edib: “Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq”. Fətəli xan Xoyski fevralın 1-də Çiçerinə Azərbaycan hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib
1992. ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb
2009. Azərbaycanla Gürcüstan arasında Nəriman Nərimanovun Tiflisdəki ev muzeyinin yenidən qurulması haqqında müqavilə imzalanıb
2012. Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib