Azərbaycanda bir neçə saytın fəaliyyətində problem yaranıb
12 yanvar 2013 18:28 (UTC +04:00)

Azərbaycanda bir neçə saytın fəaliyyətində problem yaranıb

Bu gün günorta saatlarından, Azərbaycanda bir sıra internet portalları, agentlik və qəzetlərin saytlarına giriş məhdudlaşıb. Lent.az-ın məlumatına görə, həmin saytlar arasında “Yeni Müsavat” qəzetinin internet səhifəsi musavat.com, “Qafqazinfo” internet portalı, modern.az xəbər saytı da var.

Musavat.com saytının redaktoru Xalid Kazımlı Lent.az-a bildirib ki, hazırda problemin səbəbləri araşdırılır: “Aksiyanın başlanmasına 40 dəqiqə qalmış girişdə problemlər yarandı. Saat 16:00-da bərpa olundu. Xəbərləri yerləşdirdik, lakin yenidən problem yarandı. Hazırda sayta daxil olmaq mümkün deyil. Mütəxəssislərin fikrincə, haker hücumuna və lokal bloklaşmaya bənzəyir. Araşdırırıq, yaxın saatlarda səbəbini biləcəyik”.

 

“Qafqazinfo” portalının direktoru Elbrus Ərud rəhbərlik etdiyi sayta girişdə problem yaranmasının səbəbini belə izah etdi: “Səbəb nə olacaq? Yenə haker hücumu olub”.

 

 

Modern.az saytının baş redaktoru Əfqan Qafarlı isə bildirib ki, saytın açılmamasının səbəbi hostinqə yaranan problemdir: “Səhər saat 11-in yarısından problemlər yarandı. Cəmi bir neçə xəbər yerləşdirdik. Sonra saytı yeniləyə bilmədik. Çox güman ki, bizim hostinqlə bağlı problem var. Ona görə də saytımız açılmır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364

Oxşar yazılar