Yanvarın 8-də Azərbaycan ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Lent.az-ın məlumatına görə, qeydə alınmış 14 hadisə nəticəsində 1 nəfər də dünyasını dəyişib. Gəncədə yük maşını 18 yaşlı oğlanı vurub və gənc hadisə yerində keçinib.
Ötən gün Bakıda 2 ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb və 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.