“Mətbuat Şurasının “qara siyahı”sında adı olan “Vətəndaş və İnkişaf” qəzetinin baş redaktoru üç gün əvvəl bir nəfərlə mənim yanıma gəldi ki, bu oğlan tələbədir, onu işə götür. Həmin xanıma jurnalda boş ştat olmadığını deyəndə, mənə rüşvət təklif etdi. Mən isə onu bu təklifini qəbul etmədim”.
***
18.20
Azərbaycanda daha bir baş redaktor zorlanmada ittiham edilir. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azərbaycan Nəşriyyatının inzibati binasında qeydə alınıb.
“Müstəqil Lider” jurnalının baş redaktoru Faiq Əhmədov, 2001-ci il təvəllüdlü 7-ci sinif şagirdi A.Ş.-yə qarşı seksual hərəkətlər etməkdə təqsirli bilinir.
Onun “Vətəndaş və İnkişaf” qəzetinin baş redaktoru olan anası hadisə barədə polisə ərizə ilə müraciət edib.
Hazırda faktla bağlı araşdırma aparılır.