Azərbaycanda axund faciəvi şəkildə öldü
26 yanvar 2018 10:51 (UTC +04:00)

Azərbaycanda axund faciəvi şəkildə öldü

Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, dünən gecə saatlarında Salyan şəhərində fərdi yaşayış evində 1982-ci il təvəllüdlü İsmayılov Əli Əliqəm oğlu dəm qazından zəhərlənərək vəfat edib. Salyan rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib və müvafiq araşdırmalara başlanılıb.

 

Virtualaz.org xəbər verir ki, vəfat edən Əli İsmayılov iki uşaq atasıdır və ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək olub. İlkin məlumata görə, qəfil əsən külək nəticəsində mənzildə quraşdırılmış qaz peçinin baca borusunun başlığı üzü aşağı çevrilib və dəm qazı geriyə, evə dolmağa başlayıb. Nəticədə divanda yuxulayaraq televizora baxan Əli İsmayılov zəhərlənərək dünyasını dəyişib. O, Salyan rayonunun Dayıkənd kəndinin axundu olub. Atası Hacı Əliqəm İsmayılov isə uzun illər Neftçala rayonunun axundu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Nizam Rza

Oxşar yazılar